Xəzər Xəbər

Bir gecədə üç ev yandı

Hadisə | 10:24 • 16 Avqust 2017
Bir gecədə üç ev yandı

Azərbaycanda bir gecədə 3 ev yanıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan ikimərtəbəli 9 otaq və aynabənddən ibarət evin içərisində taxtadan ibarət pilləkənin üzlüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Saatlı rayonu, Mollavazlı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 154 m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:25-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Pirallahı rayonunda da vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti