Xəzər Xəbər

Bakıda qəza ölümə səbəb oldu

Hadisə | 10:08 • 14 Avqust 2017
Bakıda qəza ölümə səbəb oldu

Bakı şəhəri, Sabunçu rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) XəzərXəbər-ə verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1959-cu il təvəllüdlü Əzimov İlham Məmmədqulu oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:15-də başa çatıb.

Xəbər lenti