Xəzər Xəbər

Qəbələdə ağır yol qəzası

Hadisə | 10:41 • 12 Avqust 2017
Qəbələdə ağır yol qəzası

Qəbələdə yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) XəzərXəbər-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu ərazisində "Kamaz” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Şimal-Qərb Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:40-da başa çatıb.

Xəbər lenti