Xəzər Xəbər

“Qırmızı Kitab”a düşən quşu tutan şəxs cərimələndi 400 manat

Hadisə | 15:22 • 11 Avqust 2017
“Qırmızı Kitab”a düşən quşu tutan şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) "Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, əməkdaşların Quba royununda keçirdiyi nəzarət tədbirləri zamanı Sahil Ağamuradovun qırğıkimilər fəsiləsindən olan və adı "Qırmızı Kitab”a düşmüş vəhşi quşu təbiətdən ayırmaqla gəlir mənbəyi məqsədilə istismar etdiyi müəyyən edilib.

Araşdırma zamanı vəhşi quşun saxlanılması üçün Qusar rayon sakini S.Ağamuradovun quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, inzibati qaydada 400 manat məbləğində cərimə olunub. Vəhşi quş təbiətə buraxılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti