Xəzər Xəbər

120 yeniyetməni SUYA ATDILAR

Hadisə | 11:31 • 10 Avqust 2017
120 yeniyetməni

Yəmən sahillərində qayıqda miqrantları daşıyan qaçaqmalçılar Efiopiya və Somalidən olan 120 yeniyetməni suya atıb.

Bu barədə Reuters agentliyi Beynəlxalq Miqrasiya Təşkilatına istinadən məlumat verib.

Məlumata əsasən, qaçaqmalçılar sahil mühafizəsi gəmilərinə bənzəyən gəmiləri gördükdən sonra yeniyetmələri qayıqdan tullayıblar.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində 29 yeniyetmə miqrantın meyiti aşkarlanıb, 22-si itkin düşüb. Ölən miqrantların orta yaşının 16 olduğu bildirilir./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti