Xəzər Xəbər

Günəş 17 uşağı XƏSTƏXANALIQ ETDİ

Hadisə | 12:14 • 9 Avqust 2017
Günəş 17 uşağı

İyunun 1-dən indiyə kimi Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurmadan 93 nəfər müraciət edib.

Bu barədə XəzərXəbər-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müraciət edən 41 nəfər xəstəxanalara yerləşdirilib. Müraciət edənlərdən 17 nəfər uşaqdır, onlardan 11 nəfər xəstəxanaya yerləşdirilib.

Xəbər lenti