Xəzər Xəbər

Ermənilərin yaraladığı 13 yaşlı Raminin vəziyyəti necədir? AÇIQLAMA

Hadisə | 10:23 • 8 Avqust 2017
Ermənilərin yaraladığı 13 yaşlı Raminin vəziyyəti necədir?

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində yaralanan Ramin Yusifovun vəziyyəti stabildir.

Bu barədə AzVision.az-a Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimin müalicə işləri üzrə müavini Mahirə Quliyeva deyib.

O bildirib ki, R.Yusifov aşağı ətraflardan çoxlu qəlpə yarası alıb.

"Dünən bizə daxil olanda vəziyyəti orta ağır idi. Təcili olaraq lazımi yardım göstərildi. Hazırda stasionar şəraitdə müalicəsini davam etdirir”.

Qeyd edək ki, dünən Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb. Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti