İsti hava şəraiti olə əlaqədar ötən
həftənin şənbə və bazar günlərində günvurma ilə bağlı 11 nəfər Bakı
Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına müraciət edib.
Bu barədə XəzərXəbər-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müraciət edən şəxslərdən 4-ü xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, 1 iyun tarixindən indiyədək 83 nəfər günvurma ilə bağlı
BŞTTYS-ya müraciət edib. Onlardan 36 nəfəri xəstəxanaya yerləşdirilib.