Xəzər Xəbər

Toyda kütləvi zəhərlənmə baş verdi

Hadisə | 14:22 • 6 Avqust 2017
Toyda kütləvi zəhərlənmə baş verdi

10 nəfər şənlik iştirakçısında mədə pozğunluğu baş verib.

Hadisə şəhərin Energetik yaşayış massivində yerləşən "Ağsaray” şadlıq sarayında qeydə alınıb.

Toy məclisində qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 10 nəfər qonaq ağır vəziyyətdə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.Halsız durumda olan xəstələrə tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı GEM-in yerli şöbəsinin əməkdaşları təcili "Ağsaray” şadlıq sarayına, ardınca xəstəxanaya baş çəkib. GEM-in baş həkimi Əbil Ağayev məclisdə qidaların qəbuluna müvəqqəti yasaq qoyduqlarını deyir: "Həm şadlıq sarayından, həm də xəstələrdən analiz nümunələri götürmüşük. Ən qısa zamanda labarator anlizlərdən keçirərək hadisənin nədən qaynaqlandığını müəyyən edəcəyik. Hələlik isə bu qənaətdəyik ki, keyfiyyətsiz qida qastrit,yəni mədə pozğunluğu yaradıb.”

Faktla bağlı araşdırmalar davam etdirilir./report

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti