Xəzər Xəbər

Qorxunc olay: 3 aylıq evli, 2 aylıq hamilə idi...

Hadisə | 13:55 • 5 Avqust 2017
Qorxunc olay:

Türkiyədə qorxunc qətl hadisəsi baş verib.

26 yaşlı Sinan A. ilə 21 yaşlı həyat yoldaşı İ.A arasında dava düşüb.

Münaqişə zamanı qadın ərini bıçaqla yaralayıb. Təcili xəsətxanaya yerləşdirilən Sinanın həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən qadın həbs olunub. İlkin istintaq zamanı qadın 3 ay öncə evləndiklərini və 2 aylıq hamilə olduğunu deyib.

Bildirib ki, anası ilə həkim müayinəsinə getdiyi üçün həyat yoldaşı qısqanclıq zəminində evdə dava salıb. Qadın iddia edib ki, əri əvvəlcə çığır-bağır salıb, daha sonra da mətbəx bıçağını götürüb: "Mənə deyil, özünə zərər verəcək deyə qorxdum. Bıçağı ondan almağa çalışdığım anda o, yaralandı”.

Olayda şübhəli bilinən qadın hazırda nəzarət altına alınıb.

Xəbər lenti