Xəzər Xəbər

Zaqatalada AĞIR YOL QƏZASI: Yaralılardan biri öldü

Hadisə | 11:08 • 5 Avqust 2017
Zaqatalada AĞIR YOL QƏZASI:

Zaqatalada baş vermiş ağır yol qəzasında xəsarət alanların və ölənin adları məlum olub.

"Report" xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib.

Belə ki, "VAZ-2109" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Zaqatala şəhər sakini, 1947-ci il təvəllüdlü Qulu Ağabala oğlu Raziyev, 1976-cı il təvəllüdlü Anar Tofiq oğlu Haciabdulhəlimzadə və rayonun Yuxari Tala kənd sakini, 1991-ci il təvəllüdlü Rəsul Qurban oğlu Ramazanov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, Qulu Raziyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya yerləşdirildikdən bir neçə dəqiqə sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Zaqatalada baş verən yol qəzasında biri ağır olmaqla üç nəfər xəsarət alıb.

Avqustun 4-ü axşam saat 23 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində "VAZ 2109” markalı 62 BX 341 dövlət nömrə nişanlı avtomobil ilə "VAZ 2106” markalı 08 BA 258 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəzadan sonra üç nəfər xəsarət alan rayon sakini Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Zaqatala MRX-dan bildirilib ki, yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər iki yaralının vəziyyəti isə qənaətbəxşdir.

Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti