Xəzər Xəbər

Bakı-Sumqayıt yolunda AĞIR QƏZA: Ata və oğul öldü

Hadisə | 11:56 • 4 Avqust 2017
Bakı-Sumqayıt yolunda AĞIR QƏZA:

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Tərəvəz daşıyan Qazel markalı avtomobil MAN markalı qoşqulu yük avtomobilinə arxa hissədən zərbə ilə dəyib. Nəticədə Qazelin sürücüsü və yanındakı sərnişin dünyasını dəyişib.

Həlak olan şəxslər ata və oğuldur:

1974- cü il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlu,

1997-ci il təvəllüdlü İsmixanov Araz Etibar oğlu

Qazel zərbədən sonra deformasiyaya uğradığından həlak olanların cəsədləri FHN-nin xüsusi riskli xilasetmə xidməti əməkdaşları tərəfindən maşından çıxarılıb.

Faktla bağlı araşdırma aparılır./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti