Xəzər Xəbər

Avtomobil kanala düşdü, sürücü batdı

Hadisə | 10:14 • 2 Avqust 2017
Avtomobil kanala düşdü, sürücü batdı

Abşeron rayonu, Saray qəsəbəsində kanalda avtomobil batıb.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, Abşeron rayonu, Saray qəsəbəsində "Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində suda batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun meyiti dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 05:02-də başa çatıb.

Xəbər lenti