Xəzər Xəbər

Boşandı, sonra bunu etdi Dəhşətli cinayətin TƏFƏRRÜATI

Hadisə | 14:24 • 1 Avqust 2017
Boşandı, sonra bunu etdi

Bakıda boşandığı qadının qardaşını öldürməyə cəhddə təqsirli bilinən 1987-ci il təvəllüdlü Səyyaf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, qanlı cinayət hadisəsi Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Səyyaf Həsənov 2016-ci ilin iyunun 25-də Bakı şəhər sakini Elnur Cəbrayılovun evinə girib və ona üz nahiyəsindən kəsici alətlə xəsarət yetirib.

Səyyaf Həsənov keçmiş qaynı Elnur Cəbrayılovu yaşadığı mənzildə qətlə yetirməyə cəhd edib. Amma ondan asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.

Səyyaf Həsənov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, təqsirləndirilən Səyyaf Həsənov irəli sürülən ittihamla özünü təqsirli bilmir. O deyib ki, hadisə baş verən gün Bakıda olmayıb.

Daha sonra zərərçəkmiş Səbinə Cəbrayılova ifadə verib.

O, ifadəsində bildirib ki, təqsirləndirilən şəxs onun keçmiş kürəkəni olub: "Evdəydik, birdən oğlum qışqırdı ki, ana, kömək elə. Otağa keçib, işığı yandırdım. Oğlum qan içində idi. Səyyaf otağın pəncərədən tullananda onu dəqiqliklə gördüm. Qonşunun evinin işığı onun üzünə düşürdü. O, bizdən qisas almaq istədi. Oğlumun nə günahı var idi? Mənim balamın gözü geri qayıtmayacaq. Analıq haqqımı tələb edirəm. Ona ən ağır cəza verilməsini istəyirəm”.

S.Cəbrayılova qeyd edib ki, hadisədən əvvəl S.Həsənov oğlunu həmişə hədələyib: "Qızımla adət-ənənə ilə evlənib. Qızımın öz seçimi idi. Daha sonra qızımı polislə geri qaytardım. Çünkü onlar yola getmirdi”./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti