Xəzər Xəbər

Bakının mərkəzindəki restoranda insident: ərəb turist hesabı vermək istəmədi

Hadisə | 17:44 • 31 İyul 2017
Bakının mərkəzindəki restoranda insident:

Bakının mərkəzində yerləşən restoranda ərəb turistin etdiyi xuliqanlıq əməli ilə bağlı bəzi məqamlar üzə çıxıb.

XəzərXəbər lent.az-a istinadən xəbər verir ki, İçərişəhərdəki "Tac Mahal" restoranının sahibi, Pakistan vətəndaşı 1971-ci il təvəllüdlü Malik Azhar Abbas Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan Səid adlı şəxsin 57 manatlıq hesabı ödəmək istəməməsindən sonra narazılığın yarandığını bildirib: "Həmin şəxs hesabı ödəmək istəmirdi. Mən yaxınlaşdım və məsələ ilə bağlı 102-yə zəng edərək məlumat verdim. Sonra polislər gəldi, turist hesabı ödədi və beləliklə, məsələ həll edildi".

İş adamı əlavə edib ki, müştəri ona hücum etməyib və restoranda dava-dalaş baş verməyib.

Qeyd edək ki, Malik Azhar Abbas 10 ildən çoxdur ki, Bakıda biznes fəaliyyəti ilə məşğul olur.

Xəbər lenti