Hacıqabulda beş nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları məlum olub.
Hacıqabul Şəhər İcra Nümayəndəliyindən bildirilib ki, bir ailənin dörd üzvünü qətlə yetirən Mübariz Mehdiyev Moskvada yaşayırmış:
"O, bir müddət öncə həbsdən çıxmışdı. Mübarizlə Qənbərovlar ailəsinin
Moskvada yaşayan üvzü Natiq arasında illərdir ki, münaqişə vardı. Ona
görə də Mübariz həbs olunmuşdu. Mübarizin qisas almaq istədiyi şəxs
Moskavda yaşayır. Onların hər ikisi Moskva uşaqlarıdır. Bazarda alver
edirdilər.
Mübariz həmin şəxdən qisas almaq üçün səhər saat altı tamamda
Qənbərovların həyətinə daxil olub. O, səhv edərək Qənbərovların
qardaşının ailəsini qətlə yetirib. O, Moskvada yaşayan şəxsin ailəsini
yox, onun əmisinin ailə üvlərini qətlə yetirib. Mübarizin səhv etməsinə
səbəb isə Qənbərovlar ailəsinin bir həyətdə yaşaması olub. Səhər tezdən
həyətə daxil olan Mübariz qarşısına keçən hər kəsə güllə atıb. Bu zaman
qonuşlar polisə xəbər veriblər.
Polis həyətə daxil olan kimi, Mübariz gülləni özünə sıxıb. Beləliklə 5
nəfər hadisə yerindəcə ölüblər. Onlar Moskavda alver edən zaman
aralarında münaqişə baş vermişdi. Mübarizin qətlə yetirdiyi ən gənc
şəxsin isə 28 yaşı var. O da Moskvada yaşayan Natiqin əmisi oğludur.
Mübariz də ailə həyatı qurmayıb. Bildiyimizə görə Mübarizin həbs
olunmasına bu ailənin Moskvada yaşayan üzvü səbəb olub”- deyə İcra
Nümayəndəliyindən bildiriblər./azvision.az