Xəzər Xəbər

Onu şantaj edən qohumunu öldürdü - bədənini hissələrə parçaladı: DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Hadisə | 15:57 • 28 İyul 2017
Onu şantaj edən qohumunu öldürdü - bədənini hissələrə parçaladı:

Dönərçilik edən Sami Y. (43)bir müddət əvvəl Batman rayonundanqan davasından qaçaraq Ankaraya köçüb. Sami Y. -nin 36 yaşlıbacısının əri Süleyman Ö.10 iyulda qaynının dönərçi dükanına gedərək pul istəyib. Hirslənən qayın yeznəsini başından silahla vurub.

Sami Y. hadisə yerində ölən qohumununcəsədini itirməküçün qorxunc bir plan qurur. Başını kəsərək bir vedrəyə qoyub,betonlayan Sami Y. qol və ayaqları da gövdədən ayıraraq paketlərədoldurub. Ortağı və eyni zamanda sevgilisi olduğu iddia edilən C.K. adlı qadınla birlikdə 11 iyul gecəsi cəsəd parçalarını avtomobilə daşıyıb. Mərhumun kəsik başının olduğu vedrə bataqlıq sahəyə atılıb. Qol və ayaqların olduğu torba isə boş ərazidə gizlədilib. Gövdə hissəsi isə həmin yerdən birkilometr aralıya atılıb.

Süleyman Ö.-nün bacısı A. Ö.polisə gedərək yoldaşının itkin düşdüyünü bildirib. Polis istintaqdan sonratapdığı qol, ayaq və ayaqqabını A.Ö.-ya göstərib. Süleyman Ö.-nün son olaraq qaynının dükanına getdiyini müəyyən edən polisətrafdakı təhlükəsizlik kamerası görüntülərini araşdırıb. Sami Y. -nin dükanında qara paketlərin daşındığı aşkar edilib.

Sami Y. -nin iş yerini təqibə başlayan polislərdönərxananın bir çox əşyasının dəyərindən çox aşağı qiymətə satışa çıxarıldığını müəyyən ediblər. Nəzarətə alınan və bacısı ərini öldürdüyünü etiraf edən Sami Y. cəsədin başını bataqlıq sahəyə atdığını söyləyib. Dalğıc polislərbataqlıq sahədə axtarış edərək, betonlanan kəsik başı tapıblar.

Sami Y. ifadəsində:"Bacımın əri qumar oynayırdı, məndən pul alırdı. Məni Batmandakıqan davam olan şəxslərəünvanımı verməklə təhdid etdi. Qəzəbləndim, öldürdüm. Polis məni tapmasın deyə başını kəsdim. Cəsədiasan daşımaq üçün parçaladım", - deyib.

Sami Y. həbs edilib.35 yaşlı sevgilisi C.K. məhkəmə zalından sərbəst buraxılıb. C.K. ifadəsində "Torbalarda cəsəd olduğunu bilmirdim" , - deyib. Sami Y. cinayəti törətdikdə C.K.-nın da onun iş yerində olduğunu desə də, kamera görüntüləri izləndikdəqadının Sami Y. -nıniş yerinə cinayətdən bir neçə saatsonra getdiyi üzə çıxıb./Milli.az

Xəbər lenti