Xəzər Xəbər

Bakıda avtobus dayanacağında DƏHŞƏT: kişi keçmiş arvadını...

Hadisə | 15:02 • 28 İyul 2017
Bakıda avtobus dayanacağında DƏHŞƏT:

Bakıda keçmiş arvadını bıçaqlamaqda ittiham olunan 42 yaşlı Kamran Bilalovun məhkəmə istintaqı yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənini hökmü ilə Kamran Bilalov 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kamran Bilalov keçmiş həyat yoldaşı Xatirə Bilalovanı qısqanclıq zəminində öldürmək istəyib.

O, ötən ilin noyabr ayının 15-də Xatirənin avtobus dayanacağına doğru getdiyini görüb ona yaxınlaşaraq bıçaqla çoxsaylı zərbələr endirib. Sonra isə hadisə yerindən qaçıb.

Ağır dərəcəli bədən xəsarətləri almış yaralı xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub./publika.az

Xəbər lenti