Xəzər Xəbər

İstirahət günləri yol-nəqliyyat hadisələrində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb

Hadisə | 12:32 • 24 İyul 2017
İstirahət günləri yol-nəqliyyat hadisələrində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb

Azərbaycanda istirahət günləri baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Xezerxeber.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 22-də Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

İyulun 23-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 18 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Xəbər lenti