Xəzər Xəbər

4 ildir axtarışda olan şəxsin qətlə yetirildiyi məlum olub - arvadı öldürübmüş - FOTOLAR

Hadisə | 12:03 • 24 İyul 2017
4 ildir axtarışda olan şəxsin qətlə yetirildiyi məlum olub -

Azərbaycanda itkin düşmüş şəxs kimi 2013-cü ilin yanvarın 26-dan axtarışda olan Göygöl rayon Qırıxlı kənd sakini İlham Qəhrəmanovun qətlə yetirildiyini müəyyən edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirilən əməliyyat nəticəsində İ.Qəhrəmanovun 2013-cü ildə həyat yoldaşı Göygöl rayon sakini Aynurə Qəhrəmanova tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirildiyi və həyətdəki tövlədə basdırıldığı müəyyən edilib.

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən A.Qəhrəmanova saxlanılaraq istintaqa təqdim edilib və o, ifadəsi zamanı həyat yoldaşını qətlə yetirəndən sonra həyətdəki yardımçı tikilidə basdırdığını etiraf edib.

Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən yardımçı tikilidə də qazıntı işləri aparılıb və mərhumun meyitinin qalıqları ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabağ məhəlləsində yerləşən gölün kənarında qeyri-aşkar şəraitdə rayon sakini Avtandil Əliyevin qətlə yetirməkdə şübhəli bilinən şəxslər də saxlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyevi qətlə yetirməkdə şübhəli bilinən Göygöl rayon sakinləri əvvəllər məhkum olunmuş Seymur Əhmədov və qohumu Röyal Mamaedov tutularaq istintaqa təqdim edilib.

Saxlanılan şəxslər ifadələri zamanı A.Əliyevlə birlikdə gölün kənarında spirtli içki qəbul edəndən sonra aralarında yaranan mübahisə zamanı onu döyərək qətlə yetirdiklərini bildiriblər.

Qeyd edilən hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti