Xəzər Xəbər

Bakıda qonşular arasında dava: xəsarət alan var

Hadisə | 11:39 • 23 İyul 2017
Bakıda qonşular arasında dava:

Bakıda gənc oğlana qonşusu 5 bıçaq zərbəsi vurub.

Publika.az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində 1999-cu il təvəllüdlü Hüseynzadə Natiq Nizami oğlu qonşuluğunda yaşayan şəxslə mübahisə edib. Mübahisə nəticəsində onun bədənin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi vurulub. Ağır vəziyyətdə olan N.Hüseynzadə 3 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Xəbər lenti