Xəzər Xəbər

Bakı və Ağdaşda yol-nəqliyyat hadisələri baş verib, ölənlər var

Hadisə | 12:29 • 19 İyul 2017
Bakı və Ağdaşda yol-nəqliyyat hadisələri baş verib, ölənlər var

Bakı və Ağdaşda yol-nəqliyyat hadisələri baş verib.

Xezerxeber.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 18-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Yevlax rayon sakini Şahmar Yusubov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ələddin Əsgərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.


İyulun 18-də saat 6.00 radələrində Ağdaş rayonu ərazisində Sabirabad rayon sakini Ramid Eyyubov idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti