Xəzər Xəbər

Dənizdə batan 36 yaşlı kişinin meyiti tapılıb

Hadisə | 09:41 • 19 İyul 2017
Dənizdə batan 36 yaşlı kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində su anbarının ərazisində 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Xezerxeber.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun cəsədini sudan çıxarıblar. Onun cəsədi aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti