Xəzər Xəbər

Sumqayıtda kanalizasiya quyusu faciəsi: biri FHN əməkdaşı olmaqla iki nəfər öldü, 3 əməkdaş zəhərləndi

Hadisə | 16:30 • 18 İyul 2017
Sumqayıtda kanalizasiya quyusu faciəsi:

Bir qədər əvvəl Sumqayıt şəhərində sakinlərdən birinin kanalizasiya quyusuna düşdüyünü yazmışdıq.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.

Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Sumqayıt şəhər Səhiyyə İdarəsindən verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Xəbər lenti