Xəzər Xəbər

İstirahət günləri yol qəzalarında bir nəfər ölüb, 24 nəfər xəsarət alıb

Hadisə | 12:58 • 17 İyul 2017
İstirahət günləri yol qəzalarında bir nəfər ölüb, 24 nəfər xəsarət alıb

Azərbaycanda istirahət günləri baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Xezerxeber.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 15-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

İyulun 16-da respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Xəbər lenti