Xəzər Xəbər

Bakıda avtobus qəzası ölən var

Hadisə | 12:15 • 14 İyul 2017
Bakıda avtobus qəzası

Bakıda marşrut avtobusu ağır qəza törədib. Ötən gün Binəqədi rayonu ərazisində, Bakı-Şamaxı yolunun 9-cu kilometrliyində dayanacaqda Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi "İsuzu" markalı, 50 BD 389 dövlət nömrə nişanlı xətt avtobusunu arxaya verərkən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti