Xəzər Xəbər

Bu gecə 4 nəfərin öldüyü hadisə barədə YENİ FAKTLAR

Hadisə | 12:46 • 13 İyul 2017
Bu gecə 4 nəfərin öldüyü hadisə barədə

Bu gecə Ələt-Astara magistralında 4 nəfərin həyatına son qoyan dəhşətli yol qəzası ilə bağlı maraqlı məqamlar üzə çıxıb.Astara sakinlərini Dağıstana aparan "Mercedes" markalı mikroavtobus qarşıdan gedən iki "KamAZ" markalı yük maşınının bir-biri ilə toqquşmasından sonra arxadakı qoşqulu nəqliyyat vasitəsinə çırpılıb.

Mikroavtobusun sürücüsü Elturan Fərəcov bildirib ki, o, öz yolu ilə hərəkətdə olarkən qarşıdakı "KamAZ”lar toqquşub və yolun hərəkət hissəsində qalıb. Sürücü nəqliyyat vasitəsini sola çəkərək qəzadan yayınmağa çalışsa da, maşının sağ tərəfi toqquşmaya məruz qalıb və həmin tərəfdə əyləşmiş şəxslərdən 4-ü vəfat edib.

İlkin araşdırma zamanı məlum olub ki, mikroavtobusun deyil, yük maşınının sürücüsü yuxulu olub. Mikroavtobus qəza vaxtı saatda təxminən 90 kilometr sürətlə hərəkət edirmiş.

Qeyd edək ki, qəzada yaralanan 29 yaşlı Aqilə Qəhrəmanovanın həyat yoldaşı, 35 yaşlı Şahid Qəhrəmanov hadisə yerində vəfat edib.

Hadisə vaxtı ölən şəxslər bunlardır:

1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu

1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu

Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu

1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğlu.

Qəzada yaralanan şəxslər isə 1988-ci il təvəllüdlü Qəhrəmanova Aqilə Canhəsən qızı və 40-45 yaşlı Zaur adlı şəxsdir.

lent.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti