Xəzər Xəbər

Ağsu və Bakı sakinlərinin hədə-qorxu ilə pulları alınıb

Hadisə | 15:34 • 12 İyul 2017
Ağsu və Bakı sakinlərinin hədə-qorxu ilə pulları alınıb

Ağsu və Bakıda şantaj edib, pul tələb edən şəxslər saxlanılıb.

Xezerxeber.az DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da Ağsu şəhərinin ərazisində vətəndaş S.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 7000 ABŞ dolları almış Çaparlı kənd sakini Şənlik Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 7-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki restoranlardan birində Sumqayıt şəhər sakini Ş.A. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 3000 manat pul almış 4 nəfər saxlanılıblar.

Hər bir faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər lenti