Xəzər Xəbər

Ölkəyə gizli silah keçirilməsinin qarşısı alınıb

Hadisə | 15:26 • 11 İyul 2017
Ölkəyə gizli silah keçirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, Moskva-Gəncə, Tbilisi-Bakı və Nyu-York-Bakı aviareyslərilə gələn Azərbaycan vətəndaşları gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda "beşbarmaq" və dəyənəyə oxşar əşyaların təsvirləri görünüb.

Təkrar yoxlama zamanı həmin vətəndaşlardan ikisinin çantasında və çamadanında 1 ədəd olmaqla, 2 ədəd "beşbarmaq", digər vətəndaşın çamadanında isə 1 ədəd dəyənək aşkar olunub.

Hər üç faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti