Xəzər Xəbər

İrandan gələn Əfqanıstan vətəndaşından narkotik vasitə aşkarlanıb

Hadisə | 14:32 • 10 İyul 2017
İrandan gələn Əfqanıstan vətəndaşından narkotik vasitə aşkarlanıb

İrandan Azərbaycana gələn Əfqanıstan vətəndaşının üzərindən narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Əfqanıstan İslam Respublikasının vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb, daxili orqanında (düz bağırsağında) isə 10 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 331,474 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti