Xəzər Xəbər

Azərbaycanda cinayət törətmiş uşaqlarla bağlı STATİSTİKA

Hadisə | 14:15 • 10 İyul 2017
Azərbaycanda cinayət törətmiş uşaqlarla bağlı

Azərbaycanda cinayət törətmiş 14-18 yaşadək uşaqların sayı azalıb.

Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2013-cü ildə Azərbaycanda cinayət törətmiş şəxslərin 3,5 faizi 14-18 yaşadək uşaqlar olsa da, 2015-ci ildə göstərici azalaraq, 2,9-a, 2016-cı ildə isə 2,7-ə enib.

1995-ci illə müqayisədə cinayət törədən uşaqların sayı demək olar ki, 2 dəfə azalıb. 1995-ci ildə ölkədə cinayət törətmiş 14-18 yaşadək uşaqların sayı 945 olduğu halda, 2000-ci ildə bu say azalaraq 573-ə enib. Cinayət törədən uşaqların sayı sonrakı illərdə də getdikcə azalıb. 2005-ci ildə bu rəqəm 554, 2010-cu ildə 439, 2015-ci ildə 477 olub. Ötən il Azərbaycanda cinayət törədən 14-18 yaşlı uşaqların sayı 442 nəfər olub. Keçən il törədilmiş cinayətlərə görə 261 uşaq məhkum edilib.

Cinayət törətmiş şəxslərin ümumi sayında törədilmiş cinayətlərin ayrı-ayrı növləri üzrə 14-18 yaşadək uşaqların xüsusi çəkisi fərqli olub.

Soyğunçuluqla bağlı törədilmiş cinayətlərin ümumi sayında 14-18 yaşadək uşaqların xüsusi çəkisi 9,4 faiz, oğurluq cinayətlərində 8,4 faiz, qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayətlərin sayında 8,1 faiz, zorlama və zorlamağa cəhd etmə ilə bağlı cinayətlərdə 5 faiz, qəsdən adam öldürmə və adam öldürməyə cəhd etmə ilə bağlı cinayətlərdə 3,8 faiz təşkil edib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti