Xəzər Xəbər

Bakıda taksi sürücüləri amerikalı turisti gəzdirdilər və... 6 MİN DOLLARINI ALDILAR

Hadisə | 16:07 • 7 İyul 2017
Bakıda taksi sürücüləri amerikalı turisti gəzdirdilər və...

Bakıda taksi sürücüləri göstərdikləri xidmətə görə amerikalı turistdən külli miqdarda pul qoparıblar. ABŞ vətəndaşı sürücülərin bu davranışından çox narazı qalıb və polisə müraciət edib.


Virtualaz.org xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan”a hüquq-mühafizə orqanlarından bildiriblər.


1970-ci il təvəllüdlü Elizabet Rouz adlı xanım Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə etdiyi müraciətində bildirib ki, Azərbaycana istirahət etməyə gəlib, amma burada xidmət sahəsində qiymətlərin həddindən artıq yüksək olması ilə qarşılaşıb.


Onun sözlərinə görə, 22 iyunda Ramin adlı taksi sürücüsü şəhəri gəzdirdiyinə görə ondan 1380 ABŞ dolları tələb edib. Turist isə sonradan bu məbləğin nəinki baha olduğunu, sürücünün ona fırıldaq gəldiyini öyrənib. Həm də bu hələ hamısı deyil. 23 iyunda İlqar adlı başqa bir taksi sürücüsü turistə kömək etməyi təklif edib. O, göstərdiyi xidmətə görə qadından beş min dollar alıb. Hər iki gənc amerikalı turistdən pulu alan kimi yoxa çıxıb.


Hazırda 39-cu polis əməkdaşları fırıldaqçıları axtarır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti