Xəzər Xəbər

Salyanda BMW və “Mercedes” toqquşub, 5 nəfər xəsarət alıb

Hadisə | 13:19 • 6 İyul 2017
Salyanda BMW və “Mercedes” toqquşub, 5 nəfər xəsarət alıb

Salyan rayonun Quyçu kəndində yol-nəqliyyat hadisəsi baş verib.


Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, BMW və "Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Sumqayıt sakinləri, 1974-cü il təvəllüdlü Ələkbərova Əmanət Bulud qızı, 1978-ci il təvəllüdlü Hüseynov Zaur Möhlət

Oğlu, Astara sakini, 1987-ci il təvəllüdlü Cabbarov Sadiq İsgəndər oğlu, Cəlilabad sakini, 1953-cü il təvəllüdlü İsmiyev Adil Toppuş oğlu və 1976-cı il təvəllüdlü Tahirov Çingiz Tanrıverdi oğlunun vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti