Xəzər Xəbər

Bakı-Ələt yolundakı qəzada ölənlər deputatın qohumlarıdır

Hadisə | 13:00 • 6 İyul 2017
Bakı-Ələt yolundakı qəzada ölənlər deputatın qohumlarıdır

Bakı- Ələt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslər Milli Məclis üzvünün qohumlarıdır.

APA-nın məlumatına görə, həmin yol-nəqliyyat qəzasında ölən Rövşən və Üzeyir Hacızadələr deputat Şəmsəddin Hacıyevin qardaşının nəvələridir.

Qeyd edək ki, iyulun 5-də saat 23:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Rövşən Hacızadə idarə etdiyi "Daewoo" markalı avtomobili yolun kənarında dayanmış "Shacman" markalı yük avtomobilinə vurub. Nəticədə R. Hacızadə və sərnişinləri - qardaşı Üzeyir, paytaxt sakini Həsən Həsənov ölüb, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti