Xəzər Xəbər

Bakıda əcnəbi tələbə qəfil öldü

Hadisə | 11:25 • 6 İyul 2017
Bakıda əcnəbi tələbə qəfil öldü

Bakıda əcnəbi tələbə vəfat edib. Lent.az xəbər verir ki, dünən Bakı Slavyan Universitetinin tələbəsi, İran vətəndaşı Adalat Nadir Mohammad Rezanın vəziyyəti universitetin Ceyhun Hacıbəyli küçəsindəki 3 saylı yataqxanasında qəfil pisləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılıb və o, Kliniki Tibbi Mərkəzə aparılıb. Xəstəxanaya çatanda tələbə oğlanın artıq vəfat etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar