Xəzər Xəbər

Azərbaycanda toyda dəhşətli qətl: SƏBƏB MƏLUM OLDU - TƏFƏRRÜAT

Hadisə | 11:21 • 6 İyul 2017
Azərbaycanda toyda dəhşətli qətl:

Dünən axşam saatlarında Qusar rayonunun Xurel kəndində törədilmiş dəhşətli qətl hadisəsinin şok səbəbi üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, kənddəki toy məclisində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlunun həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu 20 manata görə öldürdüyü üzə çıxıb.

 

Araşdırmalar zamanı məlum olub ki, Ramik Ağabəyovla İlqar Ulubəyov qohumdur və onlar dünən həmkəndlilərinin toy məclisində bir masa arxasında oturaraq yeyib-içiblər. Birgə spirtli içki qəbul edən qohumlar daha sonra mübahisə etməyə başlayıblar. Səbəb isə İlqarın Ramikə verdiyi 20 manatı istəməsi olub. R.Ağabəyov qohumunun ona verdiyi borc pulu istəməsinə əsəbiləşib və onunla dava edib. O, masanın üstündəki şüşə butulkanı dəmir dirəyə vuraraq sındırıb və qırılmış butulka ilə İlqarın üzərinə hücum edib. ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq, Ramik Ağabəyov butulka şüşəsi ilə İlqarın boğazını kəsib. Şah damarı kəsilən və çoxlu qan itirən İlqar Ulubəyov xəstəxanaya aparılsa da, yolda keçinib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti