Xəzər Xəbər

Bakıda həkim iş yerində ürəyindən bıçaqlandı

Hadisə | 10:13 • 6 İyul 2017
Bakıda həkim iş yerində ürəyindən bıçaqlandı

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsindən "Report"a verilən məlumata görə, hadisə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yardım stansiyasında qeydə alınıb.

Həmin "təcili yardım" stansiyasında xəstə baxıcısı işləyən qadının birinci həyat yoldaşı, 1979-cu il təvəllüdlü Hüseynov Abbas Seyid oğlu sərxoş vəziyyətdə və əlində bıçaq xəstəxanaya gələrək keçmiş arvadını öldürmək istəyib. Bu zaman stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Yusifov Əflatun araya girərək kişinin bu əməlinin qarşısını almağa çalışıb. Lakin qarşı tərəf sakitləşməyərək qadının əvəzinə həkimi ürək nahiyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək əməliyyat otağına aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti