Xəzər Xəbər

Qayın övladlarını görməyə gələn yeznəni bıçaqlayıb küçəyə atdı

Hadisə | 10:00 • 5 İyul 2017
Qayın övladlarını görməyə gələn yeznəni bıçaqlayıb küçəyə atdı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

1976-cı il təvəllüdlü Abdullayev Əsəd Ayaz oğlu Sarayevo küçəsi, 13 ünvanında yerləşən binanın girişində keçmiş qaynı tərəfindən bıçaqlanıb.

Bir neçə bıçaq xəsarəti alan şəxs çoxlu qan itirərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə gecə saatlarında baş verib. Ə.Abdullayev keçmiş həyat yoldaşının yaşadığı sözügedən ünvana gələrək övladlarını görmək istədiyini bildirib. Lakin onu mənzilin qapısında qaynı qarşılayıb və içəri buraxmayıb. Tərəflər arasında mübahisə düşüb. Bu zaman hər iki tərəf bıçaqdan istifadə edib. Nəticədə qayın cüzi xəsarət alsa da, yeznə ağır yaralanıb. Hadisə yerinə "təcili yardım" maşını çağırılmadığı üçün o, xeyli müddət binanın girişində köməksiz vəziyyətdə qalıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. (Report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti