Xəzər Xəbər

Sabunçu rayonunda zeytun ağaclarını məhv etdilər

Hadisə | 11:54 • 4 İyul 2017
Sabunçu rayonunda zeytun ağaclarını məhv etdilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Sabunçu rayonunun Maştağa qəsəbəsində zeytun bağının yandırılaraq məhv edilməsi ilə bağlı qəsəbə sakini Rövşən Musayev tərəfindən şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, əraziyə baxış keçirilən zaman uzun müddət baxımsız qalaraq köküstə tam qurumuş zeytun və badam ağaclarının olduğu, yeddi zeytun ağacının isə traktorla kökündən çıxarıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunub, təqsirkarların müəyyən edilməsi və barələrində qanunauyğun tədbirlərin görülməsi məqsədilə Sabunçu Rayon Polis İdarəsinə məktub göndərilib.

Araşdırma zamanı müəyyən edilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı il 21 iyul tarixli sərəncamı ilə Abşeron Rayonu Maştağa Subtropik Sovxozu ərazisində yerləşən çoxillik zeytun və badam ağaclarından ibarət 40 hektar torpaq sahəsi yeni badam bağının salınması ilə əlaqədar "İdeal-Biznes” CO MMC-yə 99 il müddətinə icarəyə verilib. Hər iki qurum arasında torpaq icarəsi müqaviləsi bağlanıb.

Faktla bağlı torpaq mülkiyyətçisi Abşeron Rayon İcra Hakimiyyətinə və torpaq istifadəçisi "İdeal-Biznes” CO MMC-yə məktubla müraciət edilib

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti