Xəzər Xəbər

"Toyota" “KAMAZ”la toqquşub - 1 yaralı

Hadisə | 16:37 • 3 İyul 2017
"Toyota" “KAMAZ”la toqquşub -

Bakı-Sumqayıt magistral avtomobil yolunda ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) xezerxeber.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində vətəndaşa məxsus "Toyota" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarında dayanmış "KAMAZ” markalı yük avtomobilinə çırpılması ilə bağlı məlumat daxil olub.

Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xİdmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış sürücünü minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti