Xəzər Xəbər

Kür çayında boğulan ikinci polisin də meyiti tapıldı

Hadisə | 10:45 • 3 İyul 2017
Kür çayında boğulan ikinci polisin də meyiti tapıldı

Kür çayında batan digər polis əməkdaşının da meyiti tapılıb. 

Xezerxeber.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Rəsmi məlumata görə, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi saat 09:27-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.


Bundan əvvəl digər polis işçisi, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi taplılmışdı.

Xatırladaq ki, iyulun 2-də üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən vaxt su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub.

Qeyd edək ki, onlar Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarıdır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar