Xəzər Xəbər

Bakıda taksi sürücüsü müştərini belə aldatdı

Hadisə | 16:48 • 2 İyul 2017
Bakıda taksi sürücüsü müştərini belə aldatdı

Bakıda taksi sürücüsü müştəriyə qarşı dələduzluq edib.

Lent.az xəbər verir ki, Məhəmməd Hadi küçəsi 68 saylı binada yaşayan 1983-cü il təvəllüdlü Əsədov Taleh Seyfəddin oğlu poliə müraciət edərək bildirib ki, həmin ünvanın qarşısında markasını və nömrəsini bilmədiyi taksiyə əyləşib. Sifariş verdiyi ünvana çatan müştəri sürücüyə 4 manatlıq gediş haqqını çıxması üçün 50 manat verib. Lakin müştərinin artıq maşından düşdüyünü görən sürücü qalıq 46 manatı verməyərək maşınla ərazidən uzaqlaşıb.

Müraciət əsasında araşdırma aparılır.

Xəbər lenti