Xəzər Xəbər

Avtobus yük maşını ilə toqquşub 13 ölü, 12 yaralı

Hadisə | 11:13 • 2 İyul 2017
Avtobus yük maşını ilə toqquşub

Tatarıstanda baş verən ağır yol qəzasında ölənlərin sayı 13-ə çatıb.

Xəsarət alan 12 nəfər isə xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Zainsk şəhəri yaxınlığında "KaMAZ”la "Neoplan” markalı sərnişin avtobusu toqquşub. Avtobusun Samara-İjevsk marşrutu ilə hərəkət etdiyi bildirilib.

Xəbər lenti