Xəzər Xəbər

Polisdən ƏMƏLİYYAT: Orqan mafiyası ələ keçdi

Hadisə | 12:08 • 1 İyul 2017
Polisdən ƏMƏLİYYAT:

İstanbul Qaçaqmalçılıqla Mübarizə Şöbəsi İdarəsinin əməkdaşları Mustafa adlı şəxsi saxta kimliklə həbs edib.

Nəzarətə alınan Mustafa polis sorğusunda böyrəyini satmaq üçün İstanbula gəldiyini etiraf edib. Mustafa orqan mafiyasının ifşa edilməsi üçün polisə bildiklərini danışmağı qəbul edib. Gəncin verdiyi məlumatlar əsasında aparılan əməliyyat nəticəsində orqan satışı ilə məşğul olan böyük bir mafiya zərərsizləşdirilib. İstanbulda keçirilən əməliyyatda dəstə lideri Loğman S. və dəstə üzvləri həbs edilib.

"25 min TL borcum vardı”

Böyrəyini dəstəyə satmaq istəyən Mustafa yaşadıqlarını "Habertürk"-ə danışıb: "Antalyada şüşəçi işləyirəm. 15 yaşımda atamı itirdim. Ailəmin məsuliyyəti çiyinlərimə düşdü. Pulsuzluq səbəbindən İzmirdə oxuyan qardaşlarıma pul göndərə bilmədim. Qardaşlarım yazıb bildirdilər ki, onları qaldıqları evdən çıxardılar, dostlarının yanına yerləşməli oldular. Bundan əlavə də 25 min lirə borclanmışdım. Çarə axtararkən, internetdə 25 min lirəyə böyrəyini satanların elanlarını gördüm və müraciət etdim".

25 min lirəyə alıb, 70 min lirəyə satırlar

Nəzarətə alındıqdan sonra mafiya lideri və üzvlərinın məhkəməsində onların iş prinsipləri ortaya çıxıb. Müəyyən olunub ki, dəstə üzvləri sosial media üzərindən maddi çətinlik yaşayan və böyrəyini satışa çıxaran insanlarla əlaqə qurur. Daha sonra 20-25 min lirə qarşılığında onlardan böyrəyi alaraq, saxta sənədlərlə başqa bir xəstəyə 70 min lirəyə satırmışlar./publika.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti