Xəzər Xəbər

Ölkədən külli miqdarda gümüş çıxarmaq istədilər

Hadisə | 11:57 • 1 İyul 2017
Ölkədən külli miqdarda gümüş çıxarmaq istədilər

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin sol qabaq oturacağının söykənəcək hissəsinin içərisində gömrük nəzarətindən gizlədilən müxtəlif forma və çəkidə cəmi 23 ədəd olmaqla, ümumi çəkisi 4,8 kq olan gümüş predmetlər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti