Xəzər Xəbər

Sərxoş sərnişin təyyarədə dava saldı

Hadisə | 11:19 • 1 İyul 2017
Sərxoş sərnişin təyyarədə dava saldı

Rusiyanın paytaxtı Moskvadan Antlayaya uçan "Red Wings” hava yollarına məxsus təyyarədə sərxoş turist dava salıb.

XəzərXəbər Rusiya mətbuatına istinadən xəbər verir ki, dava təxminən 1 saat davam edib.

Pilotun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sərxoş rus turist sakitləşməyib. Təyyarə personalı və sərnişinlər onun əlləri bağlamağa məcbur olublar.

Dava salan turist Antalya hava limanına endikdən sonra saxlanılıb.

Xəbər lenti