Xəzər Xəbər

Bakıda idmançı qadını avtomobillə vuraraq öldürən sürücü tutulub

Hadisə | 18:05 • 29 İyun 2017
Bakıda idmançı qadını avtomobillə vuraraq öldürən sürücü tutulub

Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu idmançı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.


Bakı şəhər Prokurorluğundan xezerxeber.az-a verilən məlumatda qeyd olunur ki, Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu iyunun 28-də idarə etdiyi, özünə məxsus BMW markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, R. Məmmədova dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə Azərbaycan çempionudur.

Xəbər lenti