Xəzər Xəbər

Dənizdə batan modelin meyiti tapılıb

Hadisə | 15:29 • 29 İyun 2017
Dənizdə batan modelin meyiti tapılıb

Bakıda dənizdə batan modelin meyiti tapılıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən bildirilib ki, bu gün Günel Mirzəyevanın meyiti batdığı yerin yaxınlığında aşkar edilərək sudan çıxarılıb.

Qeyd edək ki, Günel Mirzəyeva bir neçə gün əvvəl Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta çevrilib. Nəticədə G. Mirzəyeva dənizdə batıb.

Xatırladaq ki, G. Mirzəyeva "Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisiolub. (APA)

Xəbər lenti