Xəzər Xəbər

Təcili tibbi yardım maşını qəzaya düşdü: 9 nəfər yaralandı

Hadisə | 15:22 • 29 İyun 2017
Təcili tibbi yardım maşını qəzaya düşdü:

Mingəçevir şəhərində təcili tibbi yardım maşını iki avtomobillə toqquşub, 9 nəfər xəsarət alıb.

Hadisə zamanı "VAZ-2110" markalı avtomobildə olanana və üç uşağı, həmçinin təcili tibbi yardım avtomobilində olan tibbi bacısı Elnarə Rəhimova yüngül bədən xəsarətləri alıb və onlar ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, qəzaya düşən tibbi yardım avtomobilində ağır xəstə olub. HadisəxəstəniMingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apararkən baş verib.

-----------

Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə "VAZ-2110" markalı avtomobilə daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, "KİA" markalı avtomobilin sürücüsü M.İsmayılov və "VAZ-2110" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb./report

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti