Xəzər Xəbər

26 ədəd kondisioneri oğurladılar Dövlət müəssisəsindən

Hadisə | 14:58 • 29 İyun 2017
26 ədəd kondisioneri oğurladılar
Tovuzda oğurluqla məşğul olan şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 22-də Bozalqanlı kəndində Mədəniyyət evinin həyətindəki yardımçı otaqdan ümumi dəyəri 9800 manat olan 26 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Tahir Orucov tutulub.

Araşdırma aparılır.

Xəbər lenti